Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
TƏHSİL.BİZ xəbər verir ki, memorandum çərçivəsində elmi-təcrübə proqramları həyata keçiriləcək. Eyni zamanda aqrotexniki tədbirlər üzrə şagirdlərə təcrübə dərsləri keçiriləcək, müasir aqrar texnologiyalar barədə məlumatlandırıcı proqramlar hazırlanacaq. Həmçinin şagirdlərə institutun müasir laboratoriyalarından istifadə imkanı yaradılacaq.