Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin “Türk xalqlarının oyanış dövrünün poeziyası” layihəsi çərçivəsində türk xalqları və Asiya ədəbiyyatının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans bu istiqamətdə genişmiqyaslı tədqiqatlarımızı daha da sürətləndirəcək. Layihə çərçivəsində, həmçinin Azərbaycanın dirçəliş dövrü ədəbiyyatını tədqiq etməyi düşünürük.
AMEA-dan TƏHSİL.BİZ-ə bildirilib ki, bu sözləri beynəlxalq elmi konfransda iştirak edən Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova deyib. O, beynəlxalq tədbirin alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını söyləyib.
Bakıya ilk dəfə gəldiyini qeyd edən Janakul Sametova Azərbaycan haqqında təəssüratlarını da bölüşərək, ölkəmizin qədim və zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb.