Logo

DİM sədri: Yazı işlərinin yoxlanılması ilə bağlı mütəxəssislərin çatışmazlığını hiss edirik

19.12.2024 16:52 84 baxış
IMG

“Kütləvi imtahanlardan sonra biz yazı işlərinin yoxlanılması prosesində çox vaxt itiririk. Təəssüf ki, bu proses kifayət qədər vaxt tələb edir. Markerlərin sayı daha çox olsaydı, həmin yoxlama prosesi daha tez başa gələ bilərdi”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, təəssüf ki, bu sahədə mütəxəssislərin çatışmazlığını hiss edirik. Əslində, biz bu problemi uzun müddətdir müşahidə edirik:

“Markerlərin hazırlanması prosesinə biz 2017-ci ildən başlamışıq, amma buna baxmayaraq, hələ də bu sahədə psixometriya və mürəkkəb sahə qiymətləndirmələri ilə məşğul olan mütəxəssislərə böyük ehtiyac var. Belə mütəxəssislər bizə çox lazımdır".


 

Xəbər lenti