Logo

Yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi müzakirə edilib

07.04.2025 10:33 45 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda layihə çərçivəsində ADPU-nun Quba filialında “dəyirmi masa” təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, filialın Heydər Əliyev Lektoriyasında keçirilən tədbirdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, ETM-nin müdiri, dosent Ərəstun Mehdiyev və əməkdaşları, o cümlədən filialın struktur rəhbərləri iştirak ediblər.

Ərəstun Mehdiyev layihənin məqsəd və vəzifələri, görüləcək işlər, gözlənilən nəticələr haqqında məlumat verib.

“Dəyirmi masa”nın gündəliyinin Azərbaycanın təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını ifadə edən Quba filialının direktoru dosent Yusif Alıyev bildirib ki, filialda yetişən alimlərin sayının sürətlə artması ümumilikdə pedaqoji təhsilin səviyyəsini yüksəldir və cəlbedicilik yaradır. Bu filialda pedaqoji potensialın ən mühüm göstəricilərindəndir.

“Dəyirmi masa”da iştirakçılar ali təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının tətbiqi, müəllimlərin pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, ümumtəhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələləri müzakirə ediblər.

Xəbər lenti