Logo

Uşaqların I sinfə qəbulu prosesi başlayır

07.04.2025 11:26 91 baxış
IMG

Mayın 1-dən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərdir.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dək sentyabrın 12-dək həyata keçiriləcək.

Xəbər lenti