Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları” mövzusunda situasiya təhlilinə əsaslanan dərs nümunəsi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, nümunəvi dərs ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi (Quba filialının nümunəsi əsasında)” mövzusunda layihə çərçivəsində həyata keçirilib.
Filialın direktoru dosent Yusif Alıyev, ETM-in müdiri dosent Ərəstun Mehdiyevin də qatıldığı nümunəvi dərsdə filialın professor-müəllim heyəti iştirak edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova tərəfindən aparılan nümunəvi dərs böyük maraqla qarşılanıb.
Dərsdən sonra müasir təlimin forma və modellərinin tətbiqi mövzusunda müzakirələr aparılıb.