Logo

BDU tələbələri bank kreditlərinin hüquqi tənzimləməsi ilə bağlı məlumatlandırılıb

04.04.2025 08:34 141 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin və Mülki proses və kommersiya kafedrasının birgə təşkilatçılığı ilə “Bank kreditləri və hüquqi tənzimləmə: müqavilədən mübahisəyə qədər” mövzusunda növbəti təlim keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Azərbaycan Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru Mehriban Məmmədova tərəfindən keçirilən təlimdə borc və kredit münasibətləri, onların oxşar və fərqli cəhətləri, kredit müqavilələri üzrə öhdəliyin icrasının təmini üsulları, kredit münasibətlərinin tənzimlənməsində Mərkəzi Bankın rolu, bu münasibətlərdən meydana gələn mübahisələr və s. mövzular müzakirə edilib.

Təlimin sonunda tələbələrin bank kreditlərinin hüquqi tənzimlənməsinə dair sualları cavablandırılıb.

Xəbər lenti