Logo

BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

08.04.2025 13:07 170 baxış
IMG

SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Elmar Qasımovla keçirilən görüşdə “SABAH City” texnoparkı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Təhsil və innovasiya sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.

Görüşdə, həmçinin SABAH.HUB-ın idarə heyətinin üzvü Fərhad Paşayev, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov və qurumun əməkdaşı Abutab Abbasova iştirak ediblər.

Xəbər lenti