7 aprel 2025-ci il tarixində ADA Universitetində Kembric Universitetinin məzunu və Middlesex Universitetinin professoru Paul Gibbs-in “Universitetdə başqalarının rifahına qayğı ilə yanaşmağın önəmi” mövzusunda mühazirəsi keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova iştirakçıları salamlayaraq mühazirənin mövzusunun aktuallığını vurğulayıb və ali təhsil müəssisələrində insan amilinə, tələbə və əməkdaş rifahına verilən önəmin ön plana çəkilməsinin vacibliyini qeyd edib.
Professor Gibbs öz çıxışında universitetlərin yalnız bilik ötürən mərkəzlərdən ibarət olmamalı, eyni zamanda anlayış, empatiya və mənəvi dəyərləri təbliğ edən mühitlər kimi fəaliyyət göstərməli olduğunu diqqətə çatdırıb. O, tələbə və akademik heyətin rifahının təhsil keyfiyyətinə təsirindən, empatik yanaşmanın isə universitetlərin dəyərlərində əsas rol oynamasından danışıb.