Logo

ADAU növbəti dəfə ISO 21001:2018 beynəlxalq standartına layiq görülüb

11.04.2025 15:02 72 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə növbəti dəfə sertifikata layiq görülüb.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, sertifikatın təqdimetmə mərasimində çıxış edən universitetin rektoru Zəfər Qurbanov İSO idarəetmə sistemləri üzrə yenidən ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsinin əlamətdar hadisə olduğunu və bundan sonra digər standartların da tətbiqinə başlanacağını qeyd edib.

Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitetin dünya arenasında tanınması, beynəlxalq reytinqlərdə ölkəmizin uğurla təmsilinə töhfə verəcəyini qeyd edib.

Aqrar Universitetin İSO21001:2018 standartı üzrə vəziyyəti və bundan sonrakı hədəflər üzrə fəaliyyət planını təqdim edən ADAU-nun şöbə müdiri Mədinə Abışova standartın tətbiqinin idarəetmənin optimallaşdırılmasına töhfə verəcəyini bildirib. “İncert” MMC-nin rəhbəri Şamo Muradov İSO 21001:2018 standartının ADAU-da tətbiqinin effektiv və rahat idarəetmə sistemi modelinin qurulmasına, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafına təkan verəcəyini qeyd edib.

Tədbirin sonunda 21001:2018 sertifikatı universitetə təqdim olunub.

Xəbər lenti