Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib.
TƏHSİL.BİZ xəbər verir ki, daxil olan layihələrin 54-ü (3%) ümumi təhsil müəssisələrinin, 1498-i (97%) təhsilverənlərin fərdi layihələridir.
Cari müsabiqə iştirakçılarının 676-sı (44%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 18-i “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 658-i “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.
Qeyd edək ki, IX qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.