“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi idarə heyəti üzrə müraciətləri açıq elan edir.
TƏHSİL.BİZ xəbər verir ki, “Bir Könüllü” Tələbə Təşkilatı təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək, müxtəlif təlim və seminarlar təşkil edir, tələbələri könüllü fəaliyyətə cəlb edir, lokal və beynəlxalq səviyyədə dövlət və özəl sektor ilə işbirliyi edərək tələbələrin cəmiyyətdəki rolunu artırmağa və onların üzləşdiyi sosial məsələlərə praktiki həllər təklif etməyə çalışır.
Namizədlərə dair xüsusi tələblər:
● Ali təhsilin bakalavriat (II, III və IV kurs) və ya magistratura səviyyəsində təhsil alan tələbə və ya məzun;
● Gənclərlə iş sahəsində minimum 2 illik təcrübə;
● Layihələrin idarə edilməsi, tədbirlərin təşkili, kommunikasiya və ya digər əlaqəli sahələr üzrə təcrübə;
● Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (ingilis və rus dilləri arzuolunandır);
● “MS Office” proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
● Təşkilatın məqsəd və hədəflərinə uyğun olaraq strategiyalar hazırlamaq və bu uğurla həyata keçirilməsini təmin etmək;
● Təşkilatın gündəlik fəaliyyətinin effektiv idarə edilməsinə məsul olmaq;
● Layihə təklifləri formalaşdırmaq, layihələrin həyata keçirilməsi üçün fəaliyyət planları hazırlamaq, müvafiq resursları idarə etmək və layihələrin icrasına nəzarət etmək;
● Mövcud üzvlərlə mütəmadi olaraq əlaqə saxlamaq və fəaliyyətlərinə dəstək olmaq, yeni üzvlərin cəlb edilməsi üçün strategiyalar hazırlamaq və bu istiqamətdə tədbirlər təşkil etmək;
● Dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
● Təşkilatı yerli və beynəlxalq forumlar, konfranslar və digər platformalarda təmsil etmək;
● Təşkilatın fəaliyyətlərini və nailiyyətlərini kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə təbliğ etmək, təşkilatın imicini müsbət yöndə artırmağa yönəlmiş kommunikasiya strategiyalarını həyata keçirmək;
● Rüblük, yarımillik və illik hesabatlar hazırlamaq, aidiyyəti üzrə təqdim etmək.
Müraciət üçün bu keçidə daxil ola bilərsiniz.
Son müraciət tarixi: 25.04.2025