Logo

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

12.04.2025 13:58 78 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri fakültənin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə “Aesthetic & Wellness World Academy”də (AWWA) qonaq olublar. 

Universitetdən TƏHSİL.BİZ -ə  bildirilib ki, əvvəlcə  tələbələr “Piroqov” kompleksi və cihazın iş prinsipi ilə tanış olublar. Qeyd edilib ki, “Piroqov”un 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır.

Daha sonra tələbələr 5 mərhələli bilik yarışında iştirak ediblər. Yarışın sonunda “AWWA”nın direktoru Validə Cəlilova dos. Bəsti Əsədovaya təltifnamə, yarışda iştirak edən tələbələrə isə sertifikat təqdim edib.

 

 



 

Xəbər lenti