Logo

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycandakı nümayəndəliyi BDU-da maarifləndirici görüş keçirib

14.04.2025 10:48 121 baxış
IMG

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə maarifləndirici görüş keçirib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşün məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, nadir, nəsli kəsilməkdə olan növlərin qorunmasına dair biliklərin artırılması olub.

Tədbirdə WWF-in Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Könül Əhmədova ölkəmizdə nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi sahəsində həyata keçirilən mühüm layihələr haqqında təqdimat edib. O, ceyranların təbiətə qaytarılması (reintroduksiya), eləcə də bəbirlərin və Qafqaz kəllərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

 

Xəbər lenti