“Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
TƏHSİL.BİZ xəbər verir ki, Prezident İlham Əliyev qanunlara edilmiş dəyişiklikləri təsdiqləyib.
“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.
Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.