Logo

BSU və DDPU arasında Anlaşma Memorandumunun Fəaliyyət Planına dair I müzakirə iclası keçirilib

14.04.2025 14:26 117 baxış
IMG

Aprelin 11-də Bakı Slavyan Universiteti (BSU) ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) arasında imzalanmış Anlaşma Memorandumunun fəaliyyət planı çərçivəsində I müzakirə iclası keçirilib.

İclasda çıxış edən BSU-nun rektoru Anar Nağıyev 2025–2026-cı tədris ilindən etibarən BSU-da Regionşünaslıq (Mərkəzi Asiya üzrə) ixtisası çərçivəsində əməkdaşlığın gücləndiriləcəyini və özbək dili üzrə mütəxəssis hazırlığına başlanılacağını diqqətə çatdırıb. Bununla yanaşı, yeni tədris ilində BSU-da özbək dili və ədəbiyyatının, DDPU-da isə Azərbaycan dili və ədəbiyyatının tədrisinin təşkil olunacağı qeyd edilib.

DDPU-nun rektoru Abdugappor Qırğızbayev çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və Özbəkistanda təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. O, BSU ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə davamlı əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib.

Görüş tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

 

 

 


 

Xəbər lenti