Logo

Şərqşünas-alim Belqorodda keçirilən beynəlxalq konfransda məruzə edib

11.04.2025 16:27 114 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri professor Lalə Əhmədova Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin nəzdində fəaliyyət göstərən Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi “Mətn və mətndənkənar reallıq: nəzəri və tətbiqi tədqiqat” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Şərqşünaslıq İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, professor Lalə Əhmədova onlayn qoşulduğu konfransın plenar iclasında açılış nitqi və “Mətnlərin təşkilinin linqvistik vasitələrinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə mətn əsasında xarici dil ünsiyyətinin formalaşması problemindən bəhs edilib. Məruzəçi qeyd edib ki, mətnlə bağlı müasir linqvistik məlumatlara dəstək ünsiyyətin inkişafı üzrə iş sisteminin məzmununu elmi cəhətdən müəyyən etməyə imkan verir.

Xəbər lenti