Logo

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib

10.04.2025 09:26 138 baxış
IMG

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar AMEA-nın Humanitar Elmlər Bölməsi Tədbirlər planını təsdiqləyib.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bildirilib. İclasda görkəmli şairin xatirəsinin ədəbiləşdirilməsi və yubileyinin layiqincə qeyd olunması məqsədilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiyanın, “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli kimlik və istiqlal” mövzusunda doktorant və dissertantlar üçün elmi seminarın, Ədəbiyyat İnstitutu və Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin birgə təşkilatçılığı ilə tədbirin keçiriləcəyi diqqətə çatdırılıb. Bununla belə, Nəsimi adına Dilçilik İnstitutunda “Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili sevgisi”, Folklor İnstitutunda “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiyaların təşkil ediləcəyi qeyd olunub. “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyasının nəşri (filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Folklor İnstitutu), şairin həyatı və yaradıcılığının mətbuatda işıqlandırılması (Humanitar Elmlər Bölməsinin elmi müəssisələri), “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının (Ədəbiyyat İnstitutu) Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə xüsusi nömrəsinin çapa hazırlanması məqsədəuyğun hesab edilib.

Xəbər lenti