Logo

AMEA-nın 80 illiyi ilə əlaqədar elmi müəssisələrdə hansı tədbirlər keçiriləcək?

10.04.2025 09:30 129 baxış
IMG

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının icrasına dair Humanitar Elmlər Bölməsinin Tədbirlər planı təsdiq edilib. AMEA-nın 80 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı”, “Azərbaycan dilçiliyinin tarixi” (Nəsimi adına Dilçilik İnstitutu), “Qobustanın daş kitabələrindən başlanan əlyazmaşünaslığımızın son 80 ili” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-ya uzanan yolun yolçuları – Azərbaycan folklorşünasları” (Folklor İnstitutu), “Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” (Memarlıq və İncəsənət İnstitutu) mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasına dair Tədbirlər planına təkliflərin hazırlanması üçün Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinə tapşırıq verilib.

Xəbər lenti