"Gələcəyin vəkilləri" qrant layihəsi çərçivəsində Şəki rayonu üzrə Cumakənd kənd tam orta, Şorsu kənd tam orta məktəblərində seminarlar keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, VII və VIII sinif şagirdləri üçün təşkil edilən seminarlarda 60 nəfər şagird, müəllimlər və layihə eksperti iştirak edib.
Xatırladırıq ki, "Gələcəyin vəkilləri" qrant layihəsi Şəki rayon Cumakənd kənd tam orta məktəbin direktor müavini Samir Məmmədov tərəfindən icra olunur. Layihə çərçivəsində Şəki rayonu üzrə Cumakənd kənd tam orta, Şorsu kənd tam orta, Qudula kənd tam orta və Daşüz kənd tam orta məktəblərində təhsil alan 150 nəfər VII-VIII sinif şagird üçün “hüquqi savadlılığın artırılması”, “milli kimliyin dərki və milli iftixar hissləri”, “şəxsi və sosial məsuliyyət”, “demokratiya və insan hüquqlarına hörmət” mövzularını əhatə edən seminarların keçirilməsi, seçilmiş 20 nəfər şagird ilə "hüquq dilemması" üzrə debatın təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulub.