Logo

Aqrar Kollecdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

10.04.2025 14:31 133 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.

Kollecin direktoru Fəqan Ağayev çıxışında Konstitusiyanın bizim hüquqi təməlimiz, suverenliyin isə milli kimliyimiz olduğunu bildirib. O, Konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzu diqqətə çatdırıb.

Sonra kollecin müəllimi Zümrüd Qəhrəmanova Konstitusiyanın qəbulu, onun əsas maddələri və hüquqi əsasları haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Kollecin tarix müəllimi Almaz Əliyeva isə Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolundan, vətəndaşların Konstitusiya ilə təsbit edilən hüquq və vəzifələrindən danışıb.

Xəbər lenti