Logo

“Cerebry” platforması 542 məktəbdə tətbiq olunur

10.04.2025 10:43 357 baxış
IMG

“Cerebry” rəqəmsal platformasını əsas məqsədi şagirdlərdə riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı tapşırıqlarla işləmək bacarığını və inteqrativ düşüncəni inkişaf etdirməkdir.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə verilən məlumata görə, “Cerebry” platformasının tətbiqi ilə bağlı məzmuna dəstək Təhsil İnstitutu tərəfindən həyata keçirilir. İnstitutun qiymətləndirmə metodistləri bir neçə məktəbdə müəllimlərlə mütəmadi metodik görüşlər keçirir, dərsdinləmələrdə iştirak edir, təlim ehtiyaclarını müəyyənləşdirərək müxtəlif istiqamətlərdə dəstək göstərirlər.

Hazırda platformadan 542 məktəb üzrə 90 738 şagird istifadə edir. Yeni məktəblərin qoşulması nəzərdə tutulmur.

Xəbər lenti