Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) həftəsinə start verilib.
TƏHSİL.BİZ xəbər verir ki, 8-11 Aprel tarixlərini əhatə edəcək lahiyədə "Sağlamlıq və rifah", "Keyfiyyətli təhsil", "İqlim dəyişikliyinə qarşı mübarizə", "Dayanıqlı şəhərlər və icmalar", "Bərabərsizliyin azaldılması" məqsədləri ilə bağlı təlimlər, seminarlar, interaktiv oyunlar keçiriləcək.
Digər tədbir isə AzMİU-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində keçirilib. Gənclərə elektron siqaretlərin (veyplər) sağlamlığa zərərləri barədə məlumat verilib.
Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə edən gənclərə sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri barədə araşdırmaq və gec olmadan bu zərərli vərdişi tərgitmək tövsiyə olunub.