Logo

Gənclər üçün müdafiə sənayesi sahəsində yeni proqrama start verilib

11.04.2025 13:46 118 baxış
IMG

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin dəstəyi ilə müdafiə sənayesində rol almaq istəyən texniki yönümlü gənclər üçün "DEFAGE bootcamp" intensiv inkişaf proqramı hazırlanıb.

TƏHSİL.BİZ  xəbər verir ki, proqramda iştirak edən gənclər aşağıdakı imkanlardan yararlanacaqlar:

- 3 ay nəzəri və praktiki təlim;
- 1 ay real layihə üzərində komanda işi;
- Mentor dəstəyi və təcrübə proqramları;
- Təqaüdlər və sənaye müəssisələrində fəaliyyət imkanları;
- Müdafiə sənayesi ekosisteminə birbaşa inteqrasiya.

Elektronika, proqramlaşdırma, dizayn, mexanika və digər texniki sahələr üzrə bilik və bacarığı olanlar proqrama müraciət edə bilərlər.

Qeydiyyat 10 aprel – 10 may tarixlərində aparılacaq.

Müraciət üçün: www.azersilah.com/defage

Xəbər lenti