Logo

Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

09.04.2025 08:14 164 baxış
IMG

Qazaxıstanın Aktau şəhərində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə Macarıstanın dövlət komissarı, deputat Peter Hoppal arasında görüş keçirilib.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı Macarıstan ilə Türk dünyası ölkələri arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Akademik Şahin Mustafayev Macarıstan universitetləri ilə türk ölkələrindəki elmi qurumlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə diqqət çəkərək, xüsusilə arxeologiya sahəsində əməkdaşlığın inkişafına önəm verdiklərini bildirib. O, bu kontekstdə Türk Akademiyasının təşkil etdiyi Türk Dünyası Arxeoloqlar Dərnəyinin (ARICA) son toplantısında macar tədqiqatçıların da iştirak etdiyini xatırladıb.

Peter Hoppal isə Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi elmi layihələri və tədqiqatları yüksək qiymətləndirib. O, xüsusilə bu il Brüsseldə keçirilən Regional Su Forumunda təqdim olunan su təhlükəsizliyi hesabatına toxunaraq, forum iştirakçılarından müsbət rəylər alındığını vurğulayıb.

Görüşün sonunda tərəflər Macarıstan ilə Beynəlxalq Türk Akademiyası arasında elmi və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət sahələrini genişləndirməyə hazır olduqlarını bildiriblər.

Xəbər lenti