Logo

İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub

09.04.2025 08:09 157 baxış
IMG

Londonda yerləşən Middlesex Universitetinin fəxri professoru Paul Gibbs Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, o, universitetdə Təhsil Araşdırmaları və Təqaüd Mərkəzinin (Centre for Education Research and Scholarsship) qurucusudur. Paul Gibbs transdisiplinar nəzəriyyə, təhsil fəlsəfəsi və ali təhsilin marketinqi sahələrində geniş araşdırmalar aparıb. Onun bu sahələrdə 180-dən artıq nəşri mövcuddur.

Bununla yanaşı, Paul Gibbs Sidney Texnologiya Universiteti və Kembric Universitetində (Böyük Britaniya) qonaq professor, Şərqi Avropa Universitetində Doktorantura Təhsilinin İnkişafı Mərkəzinin direktorudur. O, həmçinin ATLAS R&B Araşdırma İnstitutunda (Texas, ABŞ) və Oksford Yeni Kollecindəki Ali Təhsil Siyasəti Mərkəzinin fəxri üzvüdür. Alim, müəllim və tədqiqatçı Paul Gibbsin 30-dan çox uğurlu transdisiplinar peşəkar doktorant tələbəsi var.

Azərbaycanın ədəbiyyatı, tarixi və mədəniyyəti ilə maraqlanan professor Paul Gibbs Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatında muzeylə yaxından tanış olub.

Sonda muzeyin rəylər və təəssüratlar kitabına: “Bu muzey Azərbaycanın mədəniyyətinə və əsrarəngizliyinə uyğun yaradılmış kolleksiyadır” sözlərini yazan Paul Gibbsə xatirə olaraq “Şirvan şairləri” kitabı (ingilis dilində) hədiyyə edilib.

 

Xəbər lenti