Logo

Suqovuşan və Sarıcalı kəndlərinin məktəblərində tədris prosesinə başlanılıb

09.04.2025 09:54 181 baxış
IMG

 

 


Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Məktəəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Aprelin 8-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Suqovuşan və Sarıcalı kənd tam orta məktəblərində tədris vəziyyətinə baxış keçirib.

Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.

Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

 

 

 

 


 

Xəbər lenti