Logo

Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorları yaradılacaq

11.04.2025 12:04 115 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) aparıcı alimləri Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olublar.

Aşqarlar Kimyası İnstitutundan TƏHSİL.BİZ -ə verilən məlumata görə, Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birlikdə 2025-2027-ci illər ərzində “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsini həyata keçirəcəklər.

AKİ-nin alimləri Belarusdan olan həmkarları ilə uzun müddətdir ki, müştərək tədqiqatlar aparırlar. İndiyə qədər AKİ-də zərif üzvi sintez üsullarından istifadə etməklə yeni sintez olunmuş birləşmələrin müxtəlif funksional xassələrini, onların təsir mexanizmini tədqiq etməyin və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli reagentlərin seçilməsinin elmi əsasları işlənilib, həmin birləşmələrin heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilib, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılıb, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunub.

 

Xəbər lenti