Logo

NDU-da “Media və süni intellekt” adlı “dəyirmi masa” keçirilib

09.04.2025 15:24 163 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin Tarix-filologiya fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə “Media və süni intellekt” adlı “dəyirmi masa” təşkil edilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Elmi Kitabxananın direktoru Xumar Məmmədova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın əhəmiyyətindən bəhs edib. O, strategiyada nəzərdə tutulan tədbirlərin icrasının ölkədə süni intellektin inkişafına və onun müxtəlif sahələrdə, xüsusilə media sektorunda tətbiqinə töhfə verəcəyini vurğulayıb.

Universitetin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva mediada süni intellektin effektivliyi, təsirləri və riskləri barədə geniş çıxış təqdim edib. O, süni intellektin informasiya axınının sürətlənməsinə, jurnalistikanın yeni imkanlar qazanmasına şərait yaratdığını, eyni zamanda saxta xəbərlərin yayılma riskini artırdığını bildirib. Şəhla Şirəliyeva süni intellektin xəbərlərin hazırlanması və redaktə prosesində istifadəsi ilə bağlı nümunələr təqdim edərək jurnalistlərin etik məsuliyyətinin vacibliyini diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.

 

 

 

 


 

Xəbər lenti