Logo

Azərbaycan dilçiliyinin inkişaf tarixi - elmi sessiya

09.04.2025 15:17 154 baxış
IMG

Aprelin 9-da Nəsimi adına Dilçilik İnstitutunda AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan dilçiliyinin inkişaf tarixi” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan bildirilib. Sessiyada çıxış edən elmi müəssisənin direktoru professor Nadir Məmmədli Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığını vurğulayıb. Alim bildirib ki, ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun mənsub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

Sessiyada professor İsmayıl Məmmədli “Azərbaycan dilçiliyində lüğətçilik”, professor İsmayıl Kazımov “Müasir dövrdə türkoloji dilçilik” və dosent Qüdsiyyə Qəmbərova “Azərbaycan dilçiliyində dialektologiyanın inkişafı” mövzularında məruzə ediblər.Bildirilib ki, bu günə qədər türkoloji dilçilikdə daha çox dialektologiya, dil tarixi, ədəbi dil və söz yaradıcılığı, fonologiya və fonetika, leksikologiya və leksikoqrafiya sahələrinin öyrənilməsi əsas yer tutub.

Sonda professor Sayalı Sadıqova qeyd edib ki, bu gün Azərbaycan dili dünya dilləri ilə bir səviyyədə inkişaf etdirilməli və onun imkanları genişləndirilməlidir. Xüsusilə elektron lüğətlərin hazırlanması və dilin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulmalıdır.

Xəbər lenti