Logo

İxtisasınızın tanınıb-tanınmayacağını necə müəyyən edə bilərsiniz? – TKTA açıqladı

11.04.2025 13:45 113 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) təhsilalanların təhsil almaq istədiyi ixtisasın tanınıb-tanınmadığını necə müəyyən edə biləcəyini açıqlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, TKTA-nın açıqlamasına görə, təhsilalanlar seçdiyi ixtisasın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta İxtisas təhsili üzrə ixtisasların Təsnifatı", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli, 503 nömrəli Qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı" və "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda yer almasına diqqət etməlidirlər. 

 


 

Xəbər lenti