Logo

Tələbələrə əlyazma kitablarının hazırlanması prosesi haqqında mühazirə oxunub

10.04.2025 15:33 75 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlilli “Yazının materiallaşdırılması: əlyazma kitablarının yaranma prosesi” mövzusunda mühazirə oxuyub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi təlimdə alim yazının növləri, papirus, dəri, perqament kimi yazı materialları, Avropa filiqranlı kağız növləri, o cümlədən əlyazma kitablarının hazırlanması prosesi haqqında geniş məlumat verib, hazırladığı videoslayd vasitəsilə onlardan nümunələr göstərib. Məruzəçi tələbələrin suallarını cavablandırıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti