Süni zəka çox mühüm mövzudur. Çünki illər öncə biz bu mövzu barədə düşünəndə bunun real olacağını bilmirdik. Amma bu gün biz robotlardan, böyük həcmli məlumatların idarə olunmasından danışırıq.
TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Florida Texnologiya Universitetinin professoru Veton Kepusta deyib.
O qeyd edib ki, 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumunda iştirakından çox məmnundur: “Ümid edirəm ki, forumda mövzu ilə bağlı edəcəyim təqdimat maraqla qarşılanacaq”.