Logo

Geologiya və Geofizika İnstitutunun əməkdaşları Lökbatanda aktivləşən vulkan ərazisində tədqiqat aparırlar

09.04.2025 15:15 148 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları – baş elmi işçi, yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov və mühəndis Elmar Səmədov Lökbatanda aktivləşən vulkanın püskürməsinin daha təfsilatlı qiymətləndirilməsi ilə bağlı araşdırma aparırlar.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.

Xatırladaq ki, bu gün Lökbatanda palçıq vulkanının yenidən aktivləşməsi qeydə alınıb. Vulkanın budəfəki - 29-cu püskürməsi ondan əvvəlkindən (2024-cü il 17 sentyabr) xeyli zəif olub.

Gecə təxminən saat 04 radələrində başlayan püskürmə üç fazada qeydə alınıb. Püskürmələr vulkanın aktiv şərq və qərb eruptiv mərkəzlərində baş verib. Alovla müşayiət olunmayan və ümumilikdə bir neçə dəqiqə davam edən püskürmə nəticəsində yer səthinə çıxarılmış palçığın orta qalınlığı 20 santimetr ətrafındadır.

Xəbər lenti