Bakı Ali Neft Məktəbi (BANM) IEEE Xplore Rəqəmsal Kitabxanası platformasına sınaq girişi əldə edib.
Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib. Bildirilib ki, bu platforma mühəndislik, texnologiya və elmi araşdırma sahələrində dünyanın ən nüfuzlu məqalələrinə, jurnallara və konfrans materiallarına tam çıxış imkanı təmin edir. IEEE Xplore 5 milyondan çox elmi məqaləni, elektrik mühəndisliyi, elektronika, süni intellekt, enerji, robototexnika, neft-qaz və digər sahələr üzrə zəngin resurslar, qlobal tədqiqatçıların etibar etdiyi məlumat bazası təqdim edir.