Logo

Asiya İnkişaf Bankının nümayəndələri Coğrafiya İnstitutunda olublar

09.04.2025 08:12 162 baxış
IMG

Buzlaqlardan təsərrüfatlara (G2F) proqramı üzrə Yaşıl iqlim Fondu (GCF) missiyası çərçivəsində Azərbaycana gəlmiş Asiya İnkişaf Bankının nümayəndələri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudovla görüşüblər.

Bu barədə TƏHSİL.BİZ -ə Coğrafiya İnstitutundan məlumat verilib.

Görüşdə “Pegasys International” şirkətinin məsləhətçisi Arran Dann və İqlim Dəyişikliyi Risk İdarəetmə Konsaltinq şirkətinin müstəqil məsləhətçisi Metyu Uilson bildiriblər ki, Asiya İnkişaf Bankı kənd təsərrüfatı və buzlaqlar istiqamətində müxtəlif proqramlar işləyir və bu görüş həmin proqramlardan biri olan iqlim riskləri ilə bağlıdır. Məqsəd iqlim riski və adaptasiya ehtiyacları üzrə əhatəli məlumatın toplanması, məlumat boşluqlarının, siyasət və idarəetmə problemlərinin, eləcə də potensial ehtiyacların qiymətləndirilməsidir.

Professor Rza Mahmudov iqlim dəyişmələrinin ətraf mühitə, o cümlədən buzlaqlara təsiri, bu istiqamətdə görülən tədbirlər, alternativ su mənbələrinin araşdırılması məsələlərindən danışıb. Alim 30 ildən artıq respublikada və Coğrafiya İnstitutunda bu sahədə aparılan işlər haqqında geniş məlumat verib, qonaqları maraqlandıran kitabların ingilis variantını onlara hədiyyə edib.

Xəbər lenti