Logo

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər keçirilib

08.04.2025 16:00 166 baxış
IMG

3-7 aprel tarixlərində peşə təhsili müəssisələrində keyfiyyətin artırılması və təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “Qarşılıqlı öyrənmə (Peer Learning)” mövzusunda təlimlər keçirilib. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  TƏHSİL.BİZ -ə bildirilib ki, təlimlərdə Bakıda və regionlarda yerləşən 21 peşə təhsili müəssisəsindən ümumilikdə 100 nəfər təhsilverən iştirak edib.

Təlimin əsas məqsədi təhsilverənlərin qarşılıqlı öyrənmə yanaşmalarını mənimsəməsi, bu metodun tədris prosesinə inteqrasiyası və effektiv əməkdaşlıq mühitinin yaradılması olub. Təlim zamanı iştirakçılara qarşılıqlı öyrənmənin əsas anlayışları, tətbiq üsulları və faydaları ətraflı şəkildə izah olunub.

Təlim proqramı aşağıdakı əsas istiqamətləri əhatə edib:

  • Qarşılıqlı öyrənmənin əsas formaları: tyutorluq, qruplarla iş, birgə layihələr;
  • Təhsilverənlər və şagirdlər arasında tətbiq oluna biləcək metodlar: mentorluq, dərs araşdırması, mikrodərslər və s. ;
  • Əks-əlaqənin vacibliyi və onun öyrənmə prosesinə təsiri;
  • Fərqli situasiyalar üzərində qrup tapşırıqları və praktik məşğələlər.

Təlimin sonunda iştirakçılar qarşılıqlı öyrənmə metodunun tədris prosesində tətbiqinin öyrənmə keyfiyyətinin yüksəldilməsinə, tənqidi düşüncə və sosial bacarıqların inkişafına əhəmiyyətli töhfə verdiyini vurğuladılar. Eyni zamanda, fərdi və komanda şəklində öyrənmənin üstünlükləri və çətinlikləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu istiqamətdə keçirilən təlimlər təhsilverənlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, təhsil sistemində davamlı yenilik və əməkdaşlıq mühitinin qurulmasına da xidmət edir.

Xəbər lenti