Logo

Mingəçevir Dövlət Universitetində “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

09.04.2025 13:44 110 baxış
IMG

Mingəçevir Dövlət Universitetində İnkubasiya və Akselerasiya Mərkəzinin, İnformasiya texnologiyaları kafedrasının, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Yaşıl texnologiyalar” mövzusunda müsabiqə keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda texnoloji yeniliklər və yaşıl texnologiyalar sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, həmçinin ekologiya və ətraf mühitin qorunması istiqamətində yaradıcı həllərin ortaya çıxmasına şərait yaratmaqdır. Yarış rəqəmsal ekologiya, ətraf mühitin monitorinqi və təhlili, ağır yüklərin daşınması üçün dron və avadanlıq həlləri, habelə insanlıq üçün faydalı texnoloji yeniliklərin təqdim olunmasına imkan verib.

Jüri heyəti bu müsabiqədə iştirak edən komandaların layihələrini qiymətləndirərkən onların yaradıcı yanaşmalarını və innovativ həllərini nəzərə alıb.

Müsabiqə nəticəsində “Yaşıl həyat” komandası birinci yer, “Void³” komandası ikinci yer, “Azerbaijan” komandası üçüncü yerə layiq görülüb.

Bu müsabiqə iştirakçıların yaşıl texnologiyalar sahəsindəki biliklərini və bacarıqlarını daha da inkişaf etdirməyə və ekologiyaya faydalı həllər yaratmağa imkan verib. Mingəçevir Dövlət Universiteti bu cür təşəbbüslərlə həm də ölkənin texnoloji və ekoloji inkişafına töhfə verməyə davam edəcək.

Xəbər lenti