“Biz Qərbi Azərbaycana qayıdış ideyasını ümummilli ideyaya çevirə bildik. Artıq bu, bütün dünya azərbaycanlılarının məsələsidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, qarşıda mühüm vəzifələr durur. Onların əsası bu ideyanı beynəlxalq aləmdə daha da geniş yaymaqdır: “Bu ideya BMT-nin bütün dillərində yayımlanıb. Bütün qurumlar bu ideyaya öz töhfəsini verməkdədir. Bu ideyanın gənclərə nə şəkildə çatdırılması da çox önəmlidir”.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcmasında böyük elmi, intellektual potensial toplaşıb. İcmada toplaşanlar təkcə qərbi azərbaycanlılar deyil, onlar ölkənin bütün bölgələrini təmsil edir və bu ideyanı gercəkləşdirmək üçün mübarizə aparırlar.
Ə.Ələkbərli qeyd edib ki, hazırda Qərbi Azərbaycan İcmasının 45 rayonda və bir neçə xarici ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.