Logo

BSU-da İTİC2025 III beynəlxalq elmi konfransı çərçivəsində bölmə iclasları keçirilib

11.04.2025 14:22 101 baxış
IMG

Aprelin 11-də Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC2025) adlı III beynəlxalq elmi konfransı çərçivəsində bölmə iclasları təşkil olunub.

Konfransın 4 bölmə iclasında yerli və xarici alimlər, tədqiqatçılar inklüziv təhsilin müxtəlif aspektlərinə dair müzakirələr aparıblar.

“Təhsilin inklüziv modelləri: siyasət və təcrübə” bölməsi üzrə 41 iştirakçı,“İnklüziv və dayanıqlı universitetlər” bölməsi üzrə 38 iştirakçı,“İcma əsaslı inklüziv təhsil” bölməsi üzrə 44 iştirakçı,“Təlimdə inklüzivlik” bölməsi üzrə isə 36 iştirakçı elmi çıxışlarla çıxış ediblər.

Bölmə iclaslarında inklüziv təhsil sahəsində aktual çağırışlar, tətbiq olunan təcrübələr və yeni yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Xəbər lenti