Logo

Gəncə Dövlət Aqrar Kollecində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

11.04.2025 12:15 68 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Çıxış edən Kollecin direktoru Fəqan Ağayev konstitusiyanın bizim hüquqi təməlimiz, suverenliyin isə milli kimliyimiz olduğunu və Ümummilli Lider Heydər Əliyevin “Dövlətçilik ideologiyası” və Prezident İlham Əliyevin “Güclü dövlət - güclü cəmiyyət” konsepsiyası ətrafında hamının birləşməli olduğunu, Konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kollecin tarix üzrə fəlsəfə doktoru Zümrüd Qəhrəmanova çıxış edərək Konstitusiyanın qəbulu, onun əsas maddələri və hüquqi əsasları haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Almaz Əliyeva Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında geniş çıxış edib.

 

 

 

 


 

Xəbər lenti