Logo

Daşkənd Dövlət Pedaqoji Universitetinin əməkdaşları BDU-da tədris prosesi ilə tanış olublar

10.04.2025 15:40 132 baxış
IMG

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup professor-müəllim heyəti Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində olub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının müdiri Matlyuba Tullavoldieva, kafedranın professoru Karima Tulenova, dosenti Gülçöhrə Eşanova, dosent əvəzi Marvarid Mamadcanova, Dünya tarixi kafedrasının müəllimi Raino Mullacanova fakültənin rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.

Qonaqlar Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanovanın mühazirəsində iştirak ediblər. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının professoru Karima Tulenova III kurs tələbələrinə işlədiyi universitet haqqında geniş informasiya verib. Qonaqlar daha sonra Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparıblar.

Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri bir həftə ərzində Sosial elmlər və psixologiya fakültəsində olacaqlar. Onlar fəlsəfə ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələri ilə görüşəcəklər. Fəlsəfə kafedrasında “Postmodernizmin çoxqiymətli məntiq kontekstində qnoseoloji təhlili” mövzusunda birgə elmi seminar keçirəcək, fənn proqramları, dərslik və dərs vəsaitləri ilə tanış olacaqlar.

Xəbər lenti