Logo

ADA-da VI Beynəlxalq Süni İntellekt və Big Data Forumu başlayıb

11.04.2025 11:53 78 baxış
IMG

Bakıda süni intellekt və informasiya texnologiyaları sahəsində mühüm mövzulara həsr olunmuş beynəlxalq konfrans keçirilir.

TƏHSİL.BİZ -in məlumatına görə, forumun əsas məqsədi süni intellekt və böyük verilənlər sahəsindəki ən son yenilikləri müzakirə etmək, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək və akademik, sənaye və dövlət sektoru arasında əlaqələrin möhkəmləndirilməsidir.

ADA Universitetində keçirilən forumda Kolumbiya Universiteti, Florida Texnologiya İnstitutu, Nyu York Universiteti və Tallinn Texnologiya Universitetinin nüfuzlu professorları iştirak edirlər.

Tədbirin rəsmi açılışından sonra “Neurotime” şirkətinin baş direktoru Vüqar Cavadov və həmtəsisçisi Samir Rüstəmov “Akademiya və sənayenin qovşağında süni intellekt” mövzusunda təqdimatla çıxış ediblər.

Forumda sahənin tanınmış şirkət rəhbərləri də iştirak edirlər. Tədbir panel müzakirələrlə davam edəcək.

 

 

 

 


 

Xəbər lenti