Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Psixologiya klubu” adlı yeni layihənin icrasına başlayıb. Klubun rəhbəri, sektorun psixoloqu Natəvan Həsənzadə layihə çərçivəsində tələbələrlə görüş keçirib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə layihənin məqsədləri, gələcək planlar və tələbələrin gözləntiləri müzakirə olunub. Tədbirdə tələbələrlə tanışlıq prosesi həyata keçirilib, onların potensialı müəyyən edilib. Həmçinin psixoterapiyanın əsasları barədə təlim keçirilərək, mövzuya aid praktik məşğələ təşkil olunub.
Qeyd edək ki, layihə 2 ay davam edəcək. Kluba üzv olan tələbələrə psixoterapiya sahəsində nəzəri və praktiki biliklər veriləcək, onların bu sahədəki bacarıqları inkişaf etdiriləcək.