Logo

BANM ilə “Acwa Power” şirkəti əməkdaşlıq edəcək

11.04.2025 11:57 113 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Acwa Power” şirkətinin Azərbaycandakı nümayəndələri ilə görüşüb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, tərəflər yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi və inkişafı üçün əməkdaşlıq mühitinin təşviqi sahəsində şirkətin təcrübəsini müzakirə ediblər. Bir sıra əməkdaşlıq sahələri üzrə memorandum imzalamaq barədə razılığa gəliblər.

Görüşdə “Acwa Power” şirkətinin müqavilələr və institusional əlaqələr üzrə meneceri Süleyman Babayev və Ətraf Mühit və Sosial Məsələlər üzrə meneceri Ceyhun Sultanov iştirak ediblər.

Xəbər lenti