Logo

Rəqəmsal və nəqliyyat naziri İsrailin elm və texnologiya naziri ilə görüşüb

10.04.2025 09:02 149 baxış
IMG

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirib.

TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı iki ölkə arasında innovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Nazir Rəşad Nəbiyev İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət edib.

Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.

 


 

Xəbər lenti