Logo

Nurlan İsmayılbəyli: İkili ixtisaslı müəllimlər yalnız bir fəndən sertifikatlaşdırma prosesində iştirak edəcəklər

10.04.2025 15:58 148 baxış
IMG

İkili ixtisaslı müəllimlər yalnız bir fəndən sertifikatlaşdırma prosesində iştirak edəcəklər.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsil şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Təhsil TV-də deyib.

O bildirib ki, diaqnostik qiymətləndirmə zamanı ikili ixtisaslı müəllimlər hər iki fənn üzrə imtahana cəlb olunsalar da, sertifikatlaşdırma prosesi fərqli şəkildə həyata keçirilir: “İkili ixtisas tədris edən müəllimin yalnız bir fəndən sertifikatlaşdırmanı uğurla tamamlaması ona növbəti 5 il ərzində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verir. Müəllim həmin müddət ərzində digər ixtisas üzrə də dərs deyə bilər”.

Nurlan İsmayılbəyli qeyd edib ki, prosesdə əsas meyar müəllimin işə qəbul olunduğu ixtisas sahəsidir: “Ötən ildən etibarən riyaziyyat fənnini tədris edən müəllimlərin sertifikatlaşdırma prosesinə cəlb olunması riyaziyyat-informatika və riyaziyyat-fizika kimi ikili ixtisaslara malik müəllimlər arasında müəyyən suallar doğurub.

Məsələn, əgər müəllim ötən il riyaziyyat fənnindən sertifikatlaşdırmanı uğurla başa vurubsa, bu il fizika fənnindən sertifikatlaşdırmada iştirak etməsinə ehtiyac yoxdur. O, növbəti 5 il ərzində həm riyaziyyat, həm də fizika fənnini tədris edə biləcək” .

Xəbər lenti