Logo

TKTA İdarə Heyətinin sədri BANM-də şagirdlərlə debat keçirib

09.04.2025 15:26 177 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun moderatorluğu ilə debat təşkil edilib.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, debatda məktəblilərdən ibarət komanda arasında müzakirə aparılıb. Məqsəd komanda ilə işləmə bacarığını artırmaq, təqdimat bacarıqlarını təkmilləşdirmək, araşdırma qabiliyyətini inkişaf etdirmək, auditoriya qarşısında sərbəst çıxış etmək bacarığını formalaşdırmaq, analitik düşüncəni inkişaf etdirmək, fikri düzgün çatdırma qabiliyyətini artırmaq və inandırma və təqdimetmə bacarıqlarını gücləndirməkdir.

 


 

Xəbər lenti