Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində Gəncə Dövlət Aqrar Kollecinin “Aqronomluq” və “İstixana təsərrüfatı” ixtisasları üzrə təhsil alan tələbələri kənd təsərrüfatının müxtəlif sahələrində bilik və bacarıqlarını artırmaq məqsədilə praktiki təlimlər keçirlər.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, kollecin müəllimləri Nərmin Verdiyeva-Hüseynova, Rizvan Şəmilov və Etibar Məmmədovun rəhbərliyi ilə tələbələr Şəmkir rayonunda yerləşən müasir istixana təsərrüfatlarına ekskursiya ediblər. Burada onlara müasir istixana təsərrüfatının quruluşu və iş prinsipi, daxili iqlimin idarə edilməsi (temperatur, rütubət, işıqlandırma), pomidor və xiyar kimi məhsulların yetişdirilməsi, peşəkar nəzarət üsulları, istixana təsərrüfatının gəlirliliyi və bazara çıxış strategiyaları barədə məlumat verilib. Bununla yanaşı, tələbələrə həyətyanı sahələrdə torpağın hazırlanması, toxum seçimi, səpin qaydaları və suvarma sistemləri haqqında məlumatlar da əyani göstərilib.
Belə praktiki məşğələlər tələbələrə real təsərrüfat şəraitində işləmək, kənd təsərrüfatı texnologiyalarını mənimsəmək və peşəkar mütəxəssis kimi hazırlıq səviyyəsini artırmaq imkanı verir.