Logo

BANM-də DEFAGE platforması çərçivəsində infosessiya keçiriləcək

09.04.2025 13:46 126 baxış
IMG

Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən yaradılan DEFAGE platforması çərçivəsində aprelin 11-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) infosessiya keçiriləcək.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir müdafiə sənayesi sahəsində karyera qurmaq istəyən gənclərə bununla bağlı imkanlar təqdim edəcək.

DEFAGE platforması yerli müdafiə sənayesində innovativ texnologiyalar və yüksəkixtisaslı mütəxəssislərin inkişafını dəstəkləməyi hədəfləyir.

“Bootcamp” proqramı çərçivəsində iştirakçılara müdafiə sənayesi sahəsində müasir texnologiyalar üzrə təlimlər keçiriləcək və onlar müxtəlif inkişaf imkanları ilə tanış olacaq.

İnfosessiyada iştirakçılara DEFAGE platforması və “Bootcamp” proqramı haqqında ətraflı məlumat veriləcək, həmçinin seçim meyarları, təlimlər və təqdim edilən fürsətlər barədə ətraflı məlumat paylaşılacaq. Tədbirdə iştirakçılar suallarını verə və özlərini təqdim etmək imkanı da əldə edəcəklər.

Xəbər lenti